adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyun 2023 09:58
319
HADİSƏ

Avtobusdan düşən şagirdi maşın vurdu VİDEO

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

Adalet.az xəbər verir ki, hadisə Parlament prospektində baş verib. 

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.