adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2026 19:41
73
AVTOMABİL
A- A+

Avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.

Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.

Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.

Yanvarda minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 294,1 min nəfər və ya 5 % artaraq 6 milyon 176 min nəfər olub.

Sərnişinlərin 95,9 %-i avtobus, 4,1 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

Qeyd edək ki, 2026-ci ilin ilk ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 59 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.