adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 20:50
91
HADİSƏ
A- A+

Gülləri, çiçəkləri əzmək vəhşilikdir...

Sosial mediada bir paylaşım edilmişdi. Belə ki, Milli Parkda  gülləri, çiçəkləri kimlərsə, şəkil çəkdirəndə  tapdalayıb əzmişdilər.Təbii ki, bu da insanların böyük  narazılığına səbəb olmuşdu.

Axı, bu güllər, bu çiçəkər, bu gözəlliklər bizim üçün yaradılmışdı. Son illər Milli Parkda çox böyük abadlıq, quruculuq, tikinti işləri görülmüş, dünyanın ən gözəl, uzunömürlü ağacları əkilmiş, yüz cür güllər, çiçəklər, yaşıllıqlar salınmışdı. Bunlar Milli Parka qeyri-adi gözəllik gətirmişdi... Həm  özümüz , həm də əcnəbilər  bu gözəlliklərə  heyran olmuşlar! Çox insanlar bu gözəlliklərə baxır və zövq alırlar. Hətta bu gözəlliklərin yaxınlığında insanlar şəkil də çəkdirirlər!.

Nə gözəl! Amma bu yaxınlarda bir neçə insan güllərin, çiçəklərin arasında şəkil çəkdirəndə bu zərif gözəlliyi tapdayıb vəhşicəsinə məhv ediblər! Hüquq-mühafizə orqanları həmin şəxsləri  tapıb və inzibati məsuliyyətə cəlb ediblər.Belə mədəniyyətsiz və məsuliyyətsiz insanlara qarşı sərt tədbirlər görülməlidir ki,  bu, başqalarına da ibrət  olsun!

Aqil Abbasın bir  deyimi yada düşür:" Çiçəkləri tapdamaq böyük günahdır!" Ona görə də gəlin böyük günaha batmayaq!!!

Emil FAİQOĞLU