Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs olundu

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.
Adalet.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Rayon sakini Nihat Babayev idarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

Göyçayda qadına qarşı quldurluq etdi, Rusiyaya qaçdı - VİDEO

DİN əməliyyat keçirib, 30 kq narkotik aşkarlanıb - VİDEO

Xaçmazda məktəbdə qəpik üstündə bıçaqlanma

İrandan Azərbaycana 13 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Tovuz sakini döyülərək öldürüldü - RƏSMİ + YENİLƏNİB

Polisdən əməliyyat - Bir ailənin 4 üzvü saxlanıldı - VİDEO

Polisin saxladığı narkokuryerlərdən 6 kq marixuana aşkarlandı - VİDEO
