Polisin saxladığı narkokuryerlərdən 6 kq marixuana aşkarlandı - VİDEO

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar.
Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Zərdabda kriminal həyat tərzinin təbliği ilə məşğul olan şəxs saxlanıldı

BAKIDA ƏMƏLİYYAT: Onlayn qumar təşkil edən şəbəkə üzvləri saxlanıldı - VİDEO

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət
