Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı
Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.
Bildirilib ki, onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onun da 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.
Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39 min 2 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub. Onlardan 37 min 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır. Həmçinin 21 min 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156 min 291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.
Digər Xəbərlər
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - YENİLƏNİB
27 Oktyabr 2026 09:42
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
27 Oktyabr 2026 09:15
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
26 Oktyabr 2026 19:10
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - YENİLƏNİB
26 Oktyabr 2026 10:21
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
26 Oktyabr 2026 09:33
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər tutulub - VİDEO
25 Oktyabr 2026 19:02


Bakı -°C

