Göyçayda qadına qarşı quldurluq etdi, Rusiyaya qaçdı - VİDEO

Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs olundu

DİN əməliyyat keçirib, 30 kq narkotik aşkarlanıb - VİDEO

Xaçmazda məktəbdə qəpik üstündə bıçaqlanma

İrandan Azərbaycana 13 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Tovuz sakini döyülərək öldürüldü - RƏSMİ + YENİLƏNİB

Polisdən əməliyyat - Bir ailənin 4 üzvü saxlanıldı - VİDEO

Polisin saxladığı narkokuryerlərdən 6 kq marixuana aşkarlandı - VİDEO
