Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur
Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında Əlağa Məzahir oğlu İsmayılovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Ə.İsmayılovun Azərbaycanın cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Digər Xəbərlər
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
19 Avqust 2026 12:03
Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilirmi?
18 Avqust 2026 11:19
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq
17 Avqust 2026 18:08
Qazaxıstan onu Azərbaycana təhvil verdi
11 Avqust 2026 10:54


Bakı -°C

