Axundovun klassik komediyası Türkiyənin İğdır şəhərində səhnələşdirilir
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə İğdır şəhərində yaradılmış “Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının ilk tamaşası böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyası olacaq.
Mərkəzdən verilən məlumata görə, hal-hazırda əsərin səhnələşdirilməsi məqsədilə məşqlər davam edir.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan teatr öz repertuarında Azərbaycan-Türkiyə qardaşlığına, ortaq dəyərlərimizə, tariximizə, habelə Azərbaycanlı və Türkiyəli müəlliflərin bu istiqamətdəki əsərlərinə geniş yer verəcək.
Gələcəkdə teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm İğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirak etməyi
nəzərdə tutur.
Teatra rəhbərliyi Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidov həyata keçirir.
Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi bu kimi layihələri iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin təbliği, eləcə də “Bir millət – iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin, Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasında həmrəyliyin təbliği məqsədilə həyata keçirir.
Digər Xəbərlər
16 Yanvar 2026 13:58
“Hacıbala Bakıdakı evlərindən birini mənə versin, barışaq, yoxsa...” – Şeyx Əbdül
13 Yanvar 2026 13:01
Şəhid kəşfiyyatçı Leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib
13 Yanvar 2026 09:12
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
12 Yanvar 2026 13:27
QAZAX ALBAN MƏBƏDİ - ALBAN MEMARLIĞININ İNCİLƏRİNDƏN BİRİ
09 Yanvar 2026 17:53
Bəzi tarixi mədəniyyət abidələrinin adları bərpa edildi
09 Yanvar 2026 16:54
“Sarı gəlin”in İranda erməni mahnısı kimi təqdim edilməsinə münasibət
09 Yanvar 2026 12:05
“Üzeyir Hacıbəyli Mükafatı”nı qazanan müəllimlərin sayı açıqlandı
07 Yanvar 2026 12:43


Bakı -°C

