12 Avqust 2024 11:16
132
KRİMİNAL

Ayağında elektron qolbaq olan məhkum başqa cinayət törətdi

Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.

Adalet.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs bu ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinib və məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.

Araşdırma aparılır.