Kriminal avtoritet həbsxanada özünə ad günü keçirdi
Rusiyanın Mordoviya vilayətində 7 saylı islah koloniyasının (İK) məhbusları cinayətkarlardan birinin doğum günü şərəfinə ziyafət veriblər.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, doğum günü keçirən şəxs "qanuni oğru"dur. Adı açıqlanmayan kriminal avtoritet ad günü şərəfinə kabab, pizza, qarpız, içkilər verib. Bildirilir ki, şənliyə koloniyanın rəisləri də qatılıb.
KİV qeyd edir ki, İK-7-də təhlükəli cinayətkarlar, o cümlədən etnik qrupların liderləri və narkotik bandaları da var.
Rusiya Federal Penitensiar Xidmət (FSIN) mediaya verdiyi şərhdə bu faktla bağlı araşdırma apardıqlarını qeyd edib.
Digər Xəbərlər
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

