AYAN: “Boşanmış qadınla müğənniyə eyni gözlə baxırlar”

Müğənni Ayan Babakişiyeva boşanmış qadınlara pis baxanları qınayıb.
Adalet.az bildirir ki, o,cəmiyyətdə boşanmış qadınla müğənnilərin eyni səviyyədə tutulduğunu söyləyib:
“Qadın boşanıbsa, artıq burada başqa bir mövzu ortaya çıxır. Düşünürlər ki, onun istəkləri fərqlidir. Müğənniyə də eyni cür baxırlar. Heç düşünmürlər ki, sənətçi xanımların həyatında da müqəddəslik var. İnsanların 70 faizi hesab edir ki, sənətçilərdə müqəddəs, ülvi hiss yoxdur. Onların məqsədi yalnız pul qazanmaq, toy məclislərinə getmək və ya başqa bir həyat tərzi yaşamaqdır. Çox insanlar müğənniyə necə pis baxırsa, boşanmış qadına da pis baxır. Hətta onlar uğursuz bir tale yaşadığı üçün həmin qadınları bədbəxt adlandırırlar.”
Əntiqə
Digər Xəbərlər

Asif Kərimov: “Bu işlər üçün qazanılan pulda mənim də zəhmətim olub”

Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama - saçları...

Əməkdar artist Bakı-Ağdam qatarında muğam oxudu - VİDEO
