Aydan 1 ildən sonra işinə qayıtdı - VİDEO
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb.
Adalet.az xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib.
“Bəzən sözlər kifayət etmir, amma yol davam edir.
J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu.
O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda deyilir.
Xatırladaq ki, ötən il dekabrın 25-i AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrması nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.
Digər Xəbərlər
18 May 2026 12:12
"Haber Global"ın WUF13 REPORTAJI
18 May 2026 10:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
18 May 2026 10:17
Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq
18 May 2026 10:14
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
18 May 2026 10:13
“Vətəndaşlarımız yollarda qalır, stress keçirir, imtahana çata bilmir”
18 May 2026 10:01
Komitə sədri: Ölkəmiz qısa müddətdə böyük bərpa işləri həyata keçirib
18 May 2026 09:56
"Bakıda bu qədər yağış görməmişəm" - Anar Quliyev
18 May 2026 09:49


Bakı -°C

