adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 May 2024 13:32
616
SİYASƏT

Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”

“Dünyada ikili siyasət həyata keçirilir”.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O, forumda məscidlərimizin dağıdılması ilə bağlı fikirlər eşitmədiyini qeyd edib:

“Onlar bizim mədəni mirasımızdır. Ermənilər etdiklərinin cəzasını almalıdırlar. Azərbaycana dəstək dünya mədəniyyətinə olan dəstəkdir. Mədəniyyəti məhv edənləri qəbul etmirəm. UNESCO və ICESCO-nun Mədəniyyət və təhlükəsizliklə bağlı çağırışları var. Lakin sözləri ilə əməlləri arasında eynilik görmürəm. İcraata gələndə gərəkli tədbir görülməlidir”.

A.Attar əlavə edib ki, işğal dövrümüzdə vandalizmə səssiz qalanlar mədəni irsin qorunmasından bəhs edib.

“Nə dərəcədə doğrudur? Azərbaycana qarşı riyakar siyasət yürüdülür. Azərbaycan təkcə öz mədəni irsinin qorunması üçün çalışmır”./oxu.az