İmtina et !!! - İradə Tuncay yazır

İRADƏ TUNCAY
7128 | 2024-05-17 18:00

İnsanın xarici görünüşü xarakterini aça bilirmi? Vacibdirmi görünüş? Şüuraltı, əlbəttə, təsir edir!!! Hamı insanınmı , ya canlı hər hansı varlığınmı necə tərtib olunmağıyla maraqlanır... Yəni tərtibat ilk diqqət çəkən nəsnədir . Sonra nitqi təsir edir, daha doğrusu, təsir altına salır və nitqin təsiri ilə sənin düşüncələrində görüb də dinlədiyin insanın xarakteri formalaşır. Tanıyırsan qarşındakı adamı – mələk görkəmi, şirin dili, zövqü, informasiya bolluğu, mütaliəsi ... Hamısı insan deməkdir!!! İlkin qiymətləndirmə isə xarici görkəmlə başlayır. Görünüşə öyrəşmək də var, ya bəyənməmək də var, amma bu da bir sirri-xudadır. Niyə öyrəşə bilirsən, niyə sevə bilmirsən ... Ruh halıdır insanın, mənəvi məsələdir... Gözlərindən ürəyinə tamaşa edə bilməkdir...

Sənə yaxınlığının dərəcəsidir. Doğru-dürüstdürmü, məsuliyyət hissi varmı, zəhmətsevərdimi ...

İlk dəfə redaksiyaya gələndə görmüşdüm Rzanı – əvvəldən də zəng edib demişdilər bu adda, bu nişanda bir oğlan gələcək, yazı gətirəcək...

Neçə il əvvəlin söhbətidi, dostumuz Əlabbas Bağırov zəng edib naxçıvanlı bir oğlanın mənim haqqımda yazı yazdığını deyir, yazını tərifləyir. Mən də “göndərsin poçtuma” deyirəm. Kompumun monitorundan bu sözləri oxuyuram, təəccüblü gəlir mənə. Açıb yazını oxuyanda xoş mənada heyrətləndirir məni. Tanıyır müəllif deyəsən məni. Yazının sonunda bəyənmədiyim fikirlər də yer alıb. Razılaşmadığım... Baxıram, telefon nömrələrini də yazıb. Danışaq görək bu naməlum müəlliflə... Dəvət edirəm onu redaksiyaya, nə vaxt gələcəyini söyləyir. Və təşrif buyurur... Ay aman, qapıdan içəri elə əjdaha kimi bir oğlan girir. Öz qabında hiss eləmir özünü deyəsən, sıxılır elə bil. Mən də müşahidə edirəm və hətta dilimi də saxlaya bilmirəm, “nə qəşəng oğlansan” – deyirəm. Qızarır uşaq kimi və bu nəhəng vücudun içində uşaq kimi biri olduğunu görürəm. Az sonra yazının aqibətini soruşur məndən. Bəyəndiyimi deyirəm, “amma çap eləməyəcəm” – deyirəm. Niyəsini soruşur, “çox özəl yazıdı”- deyirəm. Həm də yazının sonunda dostlarımla bağlı xoşuma gəlməyən ifadələr işlədilib. “Yazının bu hissəsini çıxarmaq lazımdır” – deyirəm. Və qarşılıqlı etirazlar şəraitində yazı kompumun yaddaşında qalır. Özü də yadımda qalır. İnadıynan, ağıllı mühakimələriynən, şirin Naxçıvan ləhcəsiylə. Və razılaşırıq ki, Rza bizə yazılar yazacaq. Mənim haqqımda yazdığını çap eləməsəm də.

Gəldi və tanıdım o vaxtdan bəri... Özünü də ,yazılarını da ... O vaxt hələ Drakon deyildi, daha doğrusu, “Dolu” filmi hələ çəkilməmişdi . Amma film çəkiləndə güman etdilər ki, mənim rolum olub Rzanın bu rolu almağında... Heç xəbərim də olmamışdı...Əməlli vaxt keçib bu hadisədən... Vaxt...

Əlli yaşını qeyd edirik dostumuzun – indi hamıdan uzaqlaşan, öz dünyasına qapılan, amma orda tək qalmayan. Hər halda mən belə güman edirəm... Niyə hamıdan küsüb, niyə gizlədir özünü? Bilmirəm, amma həm də bilirəm... İnciyib hamıdan, haqqı da var inciməyə. Haqqı olmaq nə deməkdir??? Kimə veriblər ki, o haqqı??? Savadına görə??? İstedadına görə??? Yaraşığına görə??? Bizim cəmiyyətdə?.. Yəni kimdən küsüb inciyəsən ki??? Bütün by keyfiyyətlərə dəyəri kim verir ki??? Toplum? Cəmiyyət ? İdarəçilər? Burda bir nida işarəsinin yeri var... Amma nöqtələri əvəz edə bilmir nidalar!!! “İstəmədiyi istəkləri insanda cəmiyyət, çoxluq yaradır. Səni onların etdiklərini etmək məcburiyyətində qoyurlar. Cəmiyyət nəyi "qəhrəmanlıq" sayırsa, əvvəl-axır sən də özünü o yola qoyursan...

...olacağa çarə yoxdursa, sonra gec olacaq, vallah, gec olacaq, olmasını istəməsək də...” Rza özü yazıb bunları...

Yenə onun yazdıqlarından – “Səfir də rejissor kimi bir millətin, bir dövlətin uniformasız hərbçisidir. Başqa bir dövlətdə millətinin, dövlətinin maraqlarını, məqsədlərini həyata keçirən uniformasız döyüşçüdür. Həm də toxunulmazdır, beynəlxalq qanunla qorunur, amma səfirlərimiz bu küçük, azğınlaşmış kütlənin qarşısına çıxmaqdan qorxdular.

Və belə anda yada Ramil Səfərov düşür, gənc yaşda, Türkiyədə Hərbi Akademiya bitirir, ölkəyə dönür, təkrar xaricə kurs keçməyə göndərilir, qarşıda onu böyük gələcək gözləyir, amma o, düşmən zabitlərinin təhqirlərinə tab gətirmir, zabit şərəfini, Azərbaycanlı şərəfini hər şeydən üstün tutur, nə işini, nə ailəsini, nə də sağ qalıb-qalmayacağını düşünmür, sonra baş verənlər məlumdur...

Bu qədər səfirlərin, səfirlik əməkdaşlarının içindən bir Ramil Səfərov çıxmadı (puluna qıyıb bir balta alanı olmadı), çıxa da bilməz, çünki onlar millətinə, dövlətinə münasibətdə Ramil deyillər, çünki səfirləri Ramilin mənsub olduğu təbəqədən seçmirlər.

Səfirliklərimizdə zaman-zaman problemlər yaşanıb.

İllərdir cəmiyyətimizdə bu mövzu gündəmdən düşmür, cəmiyyətdə belə bir fikir var ki, səfirlərimizin çoxu düzgün seçilmir, düzgün adamlar səfir təyin edilmir.”

Əlli yaşını qeyd edən dostumuzun fikirləridir bunlar. Həəə, nidasız filansız… Nöqtələrlə… Əlli yaşın əlli-qollu gəlsin, Rza . İmtina etsən fikirlərindən, o zaman küsməyə gərək də qalmayacaq . Və NİDALAR !!!

17 may 2023-cü il

TƏQVİM / ARXİV