Ayın 8-də də yağış yağacaq - Proqnoz
Azərbaycanda oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
07 Oktyabr 2026 13:17
Azərbaycanda ov mövsümü başlayır - Bu tarixdən
07 Oktyabr 2026 11:41
"Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri
07 Oktyabr 2026 11:31
Yayda dəniz, qışda dəm qazı...
07 Oktyabr 2026 10:55
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
07 Oktyabr 2026 09:56
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
07 Oktyabr 2026 09:22
Bu gün Ümumdünya Layiqli Əmək Günüdür
06 Oktyabr 2026 18:42
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
06 Oktyabr 2026 18:03


Bakı -°C

