15 Avqust 2024 13:46
470
İQTİSADİYYAT

Azad edilmiş rayonlarda tikinti işlərinə altı ayda xərclənən vəsaitin məbləği açıqlanıb - SİYAHI

2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

Adalet.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.

Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.

    
 Azad edilmiş rayonlar2023-cü ilin I yarısı Min manat2024-cü ilin I yarısı Min manat
 Kəlbəcər344 611,7438 462,2
 Ağdam134 678,8308 519,5
 Laçın328 972,3242 400,4
 Şuşa154 999,2240 303,7
 Füzuli314 737,7226 459,3
 Zəngilan155 769,7202 507,7
 Qubadlı67 651,6173 711,6
 Cəbrayıl138 505,2165 735,3
 Xocavənd34 603,726 590,8
 Xocalı38,124 737,9
 Xankəndi 6 930