19 Avqust 2024 17:40
81
SİYASƏT

Vladimir Putin: "Şirkətlərimiz Azərbaycanda özlərini rahat hiss edir"

Rusiya şirkətləri Azərbaycan bazarında özlərini kifayət qədər rahat hiss edir.

Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuata bəyanatında bildirib.

“Bunlar “LUKoil” və montaj istehsalını təşkil edən KAMAZ şirkətləri, SOLLERS, UAZ-dır. Onlar uğurla işləyirlər və inkişaf perspektivi var. Onların işləməsi üçün yaradılan şəraitə görə minnətdarıq. “Transmaşholdinq” şirkəti fevralda "Bakı Metropoliteni" üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalı üzrə daha bir müqavilə imzalayıb”, - o qeyd edib.