Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Adalet.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən azad olunan ərazilərdə 13-19 may 2024-cü il tarixi ərzində 11 tank əleyhinə mina, 24 piyada əleyhinə mina, 16 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 308.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Digər Xəbərlər
14 Aprel 2026 11:06
Məşhur şəxslərin bu hərəkəti digər insanlar üçün pis örnəkdir – Ekspert
14 Aprel 2026 10:09
İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə edilib
14 Aprel 2026 09:49
Bu hotelin fəaliyyəti dayandırıldı - VİDEO
13 Aprel 2026 17:56


Bakı -°C

