adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Mart 2021 10:58
21227
GÜNDƏM

Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - Nazir müavini

Hazırda xaricdə müalicə edilən gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Nazir müavininin sözlərinə görə, A.Rəhimovun səhhəti yaxşıdır: "Nazirlə dünən danışmışam. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.