Azadlıqdan məhrum edilmiş qadınların sayı artıb

2023-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 97,1%, qadınlar isə 2,9% təşkil edir.
Bununla yanaşı 2024-cü ildə probasiya qeydiyyatında olan məhkumların 94,1%-i kişilər, 5,9%-i isə qadınlardır. 2023-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 9%, qadınların sayı isə 0,6% artıb.
Digər Xəbərlər

1 tona yaxın çətənə bitkisi yandırıldı

Məhkəmə 70 kq qızılla tutulan polkovnik-leytenantla bağlı yeni qərar verdi

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Ermənilər Batumidə 31 milyon dollarlıq heroinlə tutuldu: 300 kq

Narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən şəxs saxlanıldı

Polis 7,6 kq narkotik, 4,8 tondan artıq çətənə kolu aşkarladı

Ötən gün kartlardan 14 minə yaxın vəsait oğurlanıb
