“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Zəfər Günü münasibətilə tədbir keçirilib
Ankarada yaşayan azərbaycanlıların mənəvi birliyinə və həmrəyliyinə xidmət edərək, mütəmadi olaraq dəyirmi masalar, seminarlar və konfranslar keçirən “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə vətənimizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, İstiqlal marşı və Azərbaycanın himni səsləndirilib.
Tədbiri “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı açaraq Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın olduqca əlamətdar, tarixi bir günün - müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış Zəfər Gününün 5-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini vurğulayıb.
“Qarabağ səlnaməsi” filmi nümayiş etdirildikdən sonra Ankara Universitetinin professoru Toğrul İsmayıl çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, həmin dönəmdə Azərbaycanın hər yerində və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın dövlətimizin və ordumuzun yanında olmasını, bu tarixi Zəfərə öz mənəvi dəstək göstərməsini tarixi faktlar əsasında işıqlandırıb. Toğrul İsmayıl çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqından güc alan Silahli Qüvvələrimizin 44 gün davam edən Vətən müharibəsində möhtəşəm və inamlı qələbə qazanmasına toxunaraq, bu Qələbənin yalnız silah gücü ilə deyil, ulu bir xalqın bir yumruq kimi birləşməsi, Ordunun peşəkarlığı, rəhbərin dəmir yumruğu və iradəsi, hər bir vətəndaşımızın basılmaz, ölməz Vətən sevgisi ilə mümkün olduğunu diqqətə çatdırıb.
“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə keçirilən tədbirdə Hacettepe Universitetində Tarix fakültəsi üzrə bakalavr və magistr təhsilini tamamlamış Kursat İsmayılın “Azerbaycan Modernleşmesi” kitabının təqdimatı keçirilib.
Tədbirdə tarixçi alimlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Hikmət Xudiyev
Ankara
Digər Xəbərlər
08 Noyabr 2025 13:14
“Geyilməmiş ayaqqabılar” filmi! - VİDEO
07 Noyabr 2025 15:53
Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib
07 Noyabr 2025 15:11
Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına başlanılıb - RƏSMİ
06 Noyabr 2025 16:31
Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi
06 Noyabr 2025 12:07
Arzu Əliyeva "Zəfər sevinci" adlı ədəbi-musiqili gecədən paylaşım etdi - VİDEO
05 Noyabr 2025 10:52
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri açıqlandı
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05


Bakı -°C

