AZAL-ın ikinci yeni "Airbus A320neo" təyyarəsi Bakıya gətirildi - FOTOLAR
"Azərbaycan Hava Yolları" (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni "Airbus A320neo" təyyarəsini öz parkına əlavə edib.
AZAL-dan Adalet.az-a bildirilib ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
"Airbus A320neo" sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli "Wi-Fi" xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər.
Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində "Airbus A320neo" əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, ilk "Airbus A320neo" təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.
Digər Xəbərlər
09 Noyabr 2025 17:20
Kəndlər boşalır, cənablar!
09 Noyabr 2025 16:54
Asma körpü də problemi həll etməyəcək...
09 Noyabr 2025 16:37
Bəzi yollarda görmə məhdudlaşacaq
09 Noyabr 2025 15:04
Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39


Bakı -°C

