Azər Badamovun Moskva aeroportunda saxlanılmasına Rusiyadan AÇIQLAMA

Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub.
Adalet.az xəbər verir ki, bu abrədə TASS mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin (parlament) deputatı Badamov Rusiya ərazisinə buraxılmayıb. "Azər Badamovun Rusiya Federasiyasının "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya buraxılmasına icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofobik bəyanatlar verməsi göstərilir", - agentliyin mənbəyi bildirib.
Həmçinin qeyd edilib ki, Rusiyanın Badamova qarşı tədbirləri şəxsi xarakter daşıyır.
“Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafına sarsılmaz sadiqliyinə təsir göstərmir”, - məlumatda bildirilir.
Digər Xəbərlər

Sahibə Qafarova BƏƏ-də rəsmi səfərdədir - FOTO

Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşdü - FOTOLAR

Naxçıvanda XİN-in idarəsi yaradılacaq

Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

Diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq - FƏRMAN

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirildi

Belarusun Baş naziri Azərbaycana gəldi - YENİLƏNİB-VİDEO
