05 May 2025 21:00
109
DÜNYA

“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər” - Netanyahu

Qəzza zolağına yeni hücum HƏMAS hərəkatını məğlub etməyə yönəlmiş intensiv hərbi əməliyyat olacaq.

Adalet.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Qeyd olunur ki, İsrail hökumətinin başçısı anklav ərazisinin hansı hissəsinin ələ keçiriləcəyini açıqlamayıb.

“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər”, - o əlavə edib.