05 May 2025 13:42
192
DÜNYA

Ukrayna yenidən Kurska hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçiləri Kursk vilayətinin ərazisinə növbəti dəfə soxulublar.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Tetkino qəsəbəsi (Qluşkovski rayonu) istiqamətində hücumlarını artırır. Ukrayna hərbçiləri Zvanoe yaxınlığındakı körpünü də partladıblar.

Qeyd edək ki, ötən ilin avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücuma keçib. Aylardır davam edən döyüşlərdə Rusiya öz ərazisini işğaldan azad edib.