Putin nəvələrindən danışdı
Rusiya prezidenti Vladimir Putin nəvələri haqda danışıb.
Adalet.az xəbər verir ki, Putin Pavel Zarubinə müsahibəsində deyib ki, nəvələri sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq edirlər.
Putinin sözlərinə görə, yaxınları onun işinin xüsusiyyətlərini başa düşürlər.
“Məni əvvəlcədən xəbərdar etməyə çalışırlar, soruşurlar ki, nə vaxt onları görmək üçün hansısa “pəncərə” olacaq?”, - deyə Putin bildirib.
Zarubin Rusiya prezidentinin nəvələrinə qarşı sərt olub-olmadığını soruşduqda o, mənfi cavab verib.
Qeyd edək ki, Vladimir Putin 1983-cü ildən Lyudmila Putina ilə evlidir. Onların iki qızı var: Mariya və Yekaterina. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina bildirib ki, onlar dövlət başçısının işləri səbəbindən və bir-birlərini görmədiklərindən nikahlarını pozublar.
2017-ci ildə canlı yayımda Putin ikinci dəfə baba olduğunu demişdi. O, nəvələrinin “narahat edilməsindən” qorxaraq onların adını çəkməyib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

