GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
Dekabrın 12-də Ukraynanın Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus, xarici ölkə bayrağı altında üzən gəmi də zərər görüb. Bu hadisə bölgəmizdə davam edən müharibənin Qara dəniz ərazi sularına yayılması ilə dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl qeyd etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir.
Adalet.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) hadisə ilə bağlı bəyanatda qeyd edilib.
Bəyanatda bildirilib ki, ilkin məlumatlara görə, gəmidəki heyət və yük avtomobili sürücüləri təxliyə edilir. Hücumda Türkiyə vətəndaşları zərər görməyib. Türkiyənin Odessadakı Baş konsulluğu prosesi yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərir.
“Bu fürsətdən istifadə edərək, Rusiya və Ukrayna arasındakı müharibənin təcili olaraq dayandırılmasının əhəmiyyətini bir daha vurğulayırıq. Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyini, eləcə də tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumların dayandırılması istiqamətində razılaşmanın əldə edilməsinin vacibliyini xatırladırıq”- deyə Türkiyə XİN bildirib.
***
Qaradənizdəki gərginlik yenidən kritik həddə çatıb.
Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa limanına endirdiyi növbəti zərbə nəticəsində "Cenk Roro" adlı türk yük gəmisinə ziyan dəyib. Hadisə gəminin limanda mövcud olduğu və 127 tırın boşaldılması prosesi həyata keçirildiyi zaman baş verib. Zərbənin təsiri ilə gəminin pruva (ön) hissəsində yanğın yaranıb. Limanda fəaliyyət göstərən təcili xidmətlər — römorkörlər, yanğınsöndürmə briqadaları və gəmi heyəti dərhal hadisəyə müdaxilə edərək yanğının qarşısını alıb. Baş verən hadisə nəticəsində heç bir insan itkisi və ya xəsarət qeydə alınmayıb. Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında bütün heyət və tır sürücülərinin təhlükəsiz şəkildə təxliyə edildiyini təsdiqləyib. "Cenk Denizcilik" şirkətindən verilən məlumata görə, Karasu-Odessa xəttində meyvə-tərəvəz və qida məhsulları daşıyan gəmi yalnız maddi ziyanla üzləşib və hadisə beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq izlənilir.
Digər Xəbərlər
12 Dekabr 2025 23:56
Zelenski: “Ruslar çox danışırdılar, Kupyanskda əsgərlərimizin yanındayam” - VİDEO
12 Dekabr 2025 19:34
Ukrayna ordusu Kupyanskda strateji qəsəbəni azad etdi
12 Dekabr 2025 17:41
Ərdoğan Putini, Putin Ərdoğanı səfərə dəvət etdi
12 Dekabr 2025 14:22


Bakı -°C

