UNEC-də elmi seminar keçirilib - FOTO
“Azərbaycan dili” kafedrası ÜFTTD-ilə birlikdə UNEC-in 95 illik yubileyi ərəfəsində “Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi” mövzusunda elmi seminar keçirilib.
Adalet.az xəbər verir ki, seminarı giriş sözü ilə “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov açdı. O, qeyd etdi ki, dünyanin böyük şəxsiyyətləri sırasında çox nadir insanın adını çəkmək olar ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi Heydər Əliyev qədər öz xalqının dili, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı olsun. Heydər Əliyev Azərbaycan dilinin, ədəbiyyatının, qabaqcıl ictimai fikrinin mühafizəçisi kimi Azərbaycan ədəbiyyatı tarixində şərəfli bir səhifə açmışdı. O, Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyası və bəşəri sivil dünyanın qüdrətli şəxsiyyətlərindəndir.
Daha sonra elmi seminarda təqdimatlarla çıxış edən kafedranın dosentləri Çinarə Qəhrəmanova və Mətanət Əmrahova vurğuladılar ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan dilimizə, klassik irsimizə, ümumən bədii ədəbiyyatımıza və mədəniyyətimizə xüsusi önəm verirdi. “Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Ulu öndər Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Bu gün də Heydər Əliyevin bizə miras qoyduğu irs layiqincə davam etdirilir. Ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə yetərincə qayğı, diqqət göstərilir, gənc istedadların tapılıb üzə çıxarılması üçün xüsusi şərait yaradılır.
Digər Xəbərlər
24 Iyun 2026 20:45
Abituriyentlərdən 16 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edildi
24 Iyun 2026 20:35
700 balı o topladı
24 Iyun 2026 20:13
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi AÇIQLANDI
24 Iyun 2026 19:14
Sertifikasiyada iştirak edən müəllimlərin sayı açıqlandı
24 Iyun 2026 16:31
Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanda
24 Iyun 2026 16:00
"Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək dayaz mövqe nümayişidir" - Nazir
24 Iyun 2026 12:47
Qarabağ Universitetində yeni təyinat
23 Iyun 2026 10:07


Bakı -°C

