adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 19:14
78
ELM VƏ TƏHSİL
A- A+

Sertifikasiyada iştirak edən müəllimlərin sayı açıqlandı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb.

Bu barədə Adalet.az-a MÜTDA-dan məlumat verilib.

Test imtahanında 6455 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 25 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.