Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini ƏLƏ KEÇİRDİ
Rusiya hava hücumundan müdafiə sistemlərini Moskvaya və Kerç körpüsü rayonuna köçürür, digər istiqamətlərdə isə müdafiə əhəmiyyətli dərəcədə zəifləyib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında bildirilir.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı ölkənin uzaqmənzilli zərbələrinin nəticələrinin qiymətləndirilməsini özündə əks etdirən Rusiyanın daxili sənədlərini əldə edib. Sənədlərdə, həmçinin Rusiya rəhbərliyinin həyata keçirdiyi cavab tədbirləri qeydə alınıb. Məhz bu iki istiqaməti Rusiya rəhbərliyi müdafiə üçün prioritet hesab edib. O, ayrıca olaraq Rusiyanın raket istehsalının və strateji aviasiyasının vəziyyətinə dair məruzə aldığını bildirib. Kiyev müharibənin davam etdirilməsinə və Ukrayna ərazisinə endirilən zərbələrə cavab olaraq yeni addımlar hazırlayır.
V.Zelenski qeyd edib ki, Ukrayna artıq öz diplomatik təkliflərini təqdim edib, müharibənin uzadılmasına görə məsuliyyəti isə Rusiya rəhbərliyinin üzərinə qoyub.
Rusiyanın paytaxtına zərbələr artıq bir neçə həftədir ki, səngimir. İyunun 18-də Ukraynanın pilotsuz uçuş aparatları Kapotnyadakı Moskva Neft Emalı Zavodunu vurub, müəssisədə böyük yanğın baş verib. Bu, son iki ilin ən böyük hücumu adlandırılıb, bir neçə rayonun sakinləri isə “neft yağışı”ndan şikayət ediblər. Növbəti gün Moskvaya zərbələr dayanmayıb. Şəhərin meri Sergey Sobyanin təxminən 35 pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib.
Bu həftəsonu Krımda silsilə partlayışlar baş verib. Rusiya hakimiyyəti Krım körpüsündə hərəkəti müvəqqəti olaraq dayandırıb, Kerç dəniz limanı yaxınlığında yaşayan sakinlər isə yanğın və qatı tüstü barədə məlumat veriblər.
Dövlət başçısı Ukrayna qüvvələrinin Kerç körpüsünün hər iki tərəfindəki hədəflərə zərbələr endirdiyini təsdiqləyib. Obyektlər cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşirdi.


Bakı -°C

