Bank kartları ilə bağlı problem aradan qaldırıldı - RƏSMİ
İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı açıqlamada bildirilib.
Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər hansı çətinlik müşahidə olunmur.
“Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb.
Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”, - deyə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilib.
Digər Xəbərlər
24 Iyun 2026 19:39
Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkilinə dair seminar keçirilib
24 Iyun 2026 18:28
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
24 Iyun 2026 15:58
ABB kartlarından pul silinir - Vətəndaşlardan şikayət
24 Iyun 2026 14:44


Bakı -°C

