adalet.az header logo
  • Bakı -°C
27 Iyun 2026 18:23
82
İDMAN
A- A+

Tahir Abdullayev: "Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur"

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev üçün rəqibin kim olmasının fərqi yoxdur.

Adalet.az-ın məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.

Döyüşçü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində braziliyalı Ceferson Nasimentonu məğlub etməsi barədə danışıb:

"Özümü əla hiss edirəm. Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm. Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mən rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq".