adalet.az header logo
  • Bakı -°C
27 Iyun 2026 13:43
83
İDMAN
A- A+

İspaniya qrup lideri kimi pley-offa yüksəlib

ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının H qrupunun III turunda İspaniya Uruqvay üzərində minimal hesablı qələbə qazanıb.

Adalet.az xəbər verir ki, Qvadalxara stadionunda keçirilən görüşdə yeganə qolu 42-ci dəqiqədə Aleks Baena vurub. Bu qol İspaniyaya 1:0 hesablı qələbə qazandırıb.

Qazanılan üç xal sayəsində İspaniya xallarının sayını 7-yə çatdıraraq H qrupunu birinci pillədə başa vurub və pley-off mərhələsinə qrup lideri kimi vəsiqə əldə edib.