adalet.az header logo
  • Bakı -°C
26 Iyun 2026 17:50
75
İDMAN
A- A+

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi

"Araz-Naxçıvan" klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Klubdan Adalet.az-a verilən məlumata görə, toplantıda yeni mövsümə hazırlıq prosesi, akademiya komandalarının yenidən formalaşdırılması və əsas komandanın transfer fəaliyyəti ətrafında müzakirələr aparılıb.

İclasın yekununda qəbul edilən qərara əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ceyhun Sultanov futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", eləcə də İranın "Maşınsazi" klublarının formasını geyinib. O, həmçinin Azərbaycan milli komandasının şərəfini qoruyub. İdarəçi kimi isə müxtəlif illərdə "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında çalışıb.