Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər.
Adalet.az xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildirib ki, D vitamininin sintezi üçün günəş şüaları həyati əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, sağlam həyat üçün günəşlənmək və dənizə girmək vacibdir. Günorta saatlarında belə, 30 dəqiqəni keçməmək şərtilə günəşdən faydalanmağın mümkün olduğunu deyib.
Professor qeyd edib ki, D vitamini günəş şüalarının təsiri ilə aktivləşir. Lakin bəzi genetik və metabolik problemlər bu vitaminin sintezinə mane ola bilər. Belə hallarda D vitamini səviyyəsinin analizlə yoxlanılması və həkim məsləhəti ilə əlavə qəbul edilməsi tövsiyə olunur.
A. Akmanın sözlərinə görə, D vitamini çatışmazlığı həddindən artıq tərləmə, autoimmun xəstəliklər, saç tökülməsi, sümük sınıqları və hətta bəzi xərçəng növlərinin yaranma riskinin artması ilə əlaqələndirilir. O bildirib ki, bu çatışmazlıq pasiyentlər arasında tez-tez müşahidə olunur.
Mütəxəssis eyni zamanda xəbərdarlıq edib ki, D vitamini əldə etmək məqsədilə uzun müddət günəş altında qalmaq düzgün deyil. Çünki bu, dərinin zədələnməsinə və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
Professor günəşdən qoruyucu vasitələrin də təsadüfi seçilməməsinin vacibliyini vurğulayıb. O bildirib ki, krem və ya losyonun növü, eləcə də fiziki və ya kimyəvi tərkibli qoruyucunun seçimi insanın dəri xüsusiyyətlərinə uyğun olaraq dermatoloq tərəfindən müəyyən edilməlidir. Yanlış məhsul seçiminin dəriyə və xüsusilə uşaqlarda hormonal tarazlığa mənfi təsir göstərə biləcəyini qeyd edərək, vətəndaşlara bu mövzuda mütləq dermatoloqa müraciət etməsini tövsiyə edib.
Digər Xəbərlər
11 Iyul 2026 10:14
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
11 Iyul 2026 09:29
Bakıda yayılan qulaqdibi xəstəliyi epidemioloji hal alıb? - VİDEO
10 Iyul 2026 14:38
Azərbaycanda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ AÇIQLAMA
09 Iyul 2026 13:18
İnfarkt və insulta səbəb olan əsas yeməklər
09 Iyul 2026 09:05
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52


Bakı -°C

