adalet.az header logo
  • Bakı -°C
27 Iyun 2026 08:57
79
İDMAN
A- A+

Kabo-Verde dünya çempionatında tarix yazdı

Futbol üzrə dünya çempionatının H qrupunun III turunda Kabo-Verde ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.

Adalet.az xəbər verir ki, Hyustonda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bu nəticə sayəsində Kabo-Verde ardıcıl üçüncü oyununda da məğlub olmayaraq 3 xalla qrupu ikinci pillədə tamamlayıb və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla H qrupunu sonuncu sırada başa vuraraq mundialla vidalaşıb.