“Cinayətkarın şaqqalanmasında minə yaxın adam iştirak edib”
“1780-ci ildə ABŞ-nin Virciniya ştatında irland əsilli Çarlz Linç adlı tütün plantatoru vardı. Bu Çarlz Linç ABŞ-nin “Müstəqillik Müharibəsi” zamanı polis polkovniki rütbəsi əldə etmişdi və tabeliyindəki zabitlərlə birlikdə “xalq məhkəmələri” quraraq “ingilis tərəfdarları”nı sorğu-sualsız edam edirdi. Daha sonra bu siyahıya “qızıldərililər”, üsyankar zənci kölələr, kütlənin xoşuna gəlməyən cürbəcür adamlar da əlavə olundu. Linçin cəza metodu çox sadə idi; onun “xalq məhkəməsi”nin “günahkar” elan etdiyi adamı kütlə əvvəlcə döyürdü, sonra orqanlarını kəsirdi, axırda da dirəyə bağlayıb yandırırdı, lap axırda da tikə-tikə olunmuş cəsədi başıaşağı asırdı”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, polkovnik Linçin vətənpərvər cəhaləti o qədər şöhrət qazanmışdı ki, hətta onun “xalq məhkəmələri”nə yerli qəzetlərdə “bütün xalqımız dəvətlidir” deyə elanlar verilir, linçetmə barədə xəbərlər də dərc olunurdu:
“Məsələn, o dövrdə gündəlik qəzetlərdə belə başlıqlar oxumaq adi hal idi: “Cinayətkarın şaqqalanmasında minə yaxın adam iştirak edib”, yaxud “Hər kəs cinayətkardan bir tikə qoparmağa nail olub”, ya da “Cinayətkarın asıldığı ip 1350 dollara satılıb” və s.Polkovnik Linç çoxdan ölüb, amma onun linç kütləsi irqindən, dilindən, dinindən asılı olmayaraq hələ də yaşayır. Bu gün bu kütlə sosial şəbəkələrdə "xalq məhkəmələri" qurur, xoşuna gəlməyənləri, təhqirlə, şantajla linç edir. Polis qorxusu olmasa, eynən 1780-ci ildə etdiyi kimi öz qurbanını küçəyə sürüyüb ətrafında əsl vandalizm eyş-işrəti də qurar.Şopenhauer linç sürüsünü birləşdirən başlıca xarakterik xüsusiyyəti təxminən belə izah edir: “Onların heç bir əqli ehtiyacları yoxdur, anlayışlara nifrət edərlər, özləri ilə ünsiyyətdən heç bir intellektual həzz almazlar”.Linçetmədə qabaqcadan psixoloji hazırlığa ehtiyac var. Heç bir linçetmə öz-özünə, spontan, psixoloji yetişmə mərhələsi olmadan baş vermir, mütləq bir yönləndirici qüvvə olmalıdır. O, qüvvə də dünyaya ağlını deyil, ağzını açıb baxan oxşarları bir yerə vaxtında yığa bilmiş “kənar ağıldır”. Bu gün sosial şəbəkələrdəki linç qruplarını da linç tozanağından başqa heç bir şey maraqlandırmır; təki bir hədəf olsun və hərəmiz ona bir daş ataq, ətindən bir çimdik qoparaq. Sonrası, şair demiş, nə ola, ola...Yazını oxuyan oxucuda sual yarana bilər, mən indi hardan bilim ki, dünən gecə küyə düşüb yazdığım şərhdə həmin bu linç sürüsünün bir üzvünə çevrilmişəm, ya yox? Bundan ötrü dərin psixoanaliz aparmağa ehtiyac yoxdur.Baxmaq lazımdır, səni şərh yazmağa vadar edən məsələ haqqında neçə dəqiqə özünlə götür-qoy etdin, ağlına neçə fikir gəldi və sən onların içindən hansını seçdin? Yoxsa sən hamının bir nəfəri daşladığını görüb, sadəcə, laqeyd qala bilmədin və "bir daş da mən atım" deyib əlinə keçən ilk daşı götürüb atdın?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Iyul 2026 15:28
"Bu həyat sanki bir yuxu kimidir..." - Leyla Əliyeva yeni şeirini paylaşdı
11 Iyul 2026 01:07
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası
09 Iyul 2026 10:52
İyunun “Ulduz”u çapdan çıxdı
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00


Bakı -°C

