Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması müzakirə edilib.
Adalet.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev özünün X sosial şəbəkəsində yazıb.
Müzakirələr AZAL prezidentinin Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon ilə görüşü zamanı aparılıb.
S.Rzayevin fikrincə, bu görüş bir daha göstərib ki, mülki aviasiya sərnişinlərin daşınması ilə yanaşı, həm də mədəniyyətlər, insanlar və imkanlar arasında bir körpüdür.
“Görüş zamanı AZAL-ın gələcək strateji hədəflərindən danışdıq və bizim üçün prioritet olan məsələləri – dayanıqlı inkişaf, sərnişin məmnuniyyəti və innovasiya ilə bağlı ideyalarımızı partnyorlarımızla bölüşdük. Söhbətimizdə Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması ideyası da xüsusi yer tutub. Bu imkanlar həm biznes sahəsində əməkdaşlığı, həm də mədəni mübadilə üçün də böyük əhəmiyyət daşıyır”, - deyə AZAL prezidenti bildirib.
Eləcə də AZAL-ın COP29-da olan iştirakından və daha yaşıl gələcək qurmaqda aviasiyanın roluna dair öhdəliyi vurğulanıb.
Digər Xəbərlər

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

"Brent" bahalaşdı

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Türkiyə turizm göstəricilərində davamlı artım qeydə aldı

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirir

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir
