“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
“İşçilərin şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən də bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir itkisi ilə bağlı narazılıqlar çox olur. Mövcud hesablanma qaydasının müsbət tərəfləri olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ gözləniləndən xeyli aşağı olur”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Məsələn, aylıq əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür. Çünki, mart ayında bayram günlərinin sayı çoxdur. Bu vəsait fərqi insanların həmin aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur.
Bu məsələyə ona görə indi toxunuram ki, hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər mexanizmlər mümkündür”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38
Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər
22 Yanvar 2026 17:41
Azərbaycanın ixrac etdiyi neftin 56 %-ini İtaliya alıb
22 Yanvar 2026 16:23


Bakı -°C

