adalet.az header logo
  • Bakı -°C
11 Oktyabr 2026 16:36
82
İDMAN
A- A+

Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Azərbaycan Boks Federasiyasından Adalet.az-a verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.