13 Iyun 2025 11:56
147
SİYASƏT

"Azərbaycan borc verən dövlətə çevrilib" - Siyavuş Novruzov

"Bu gün Azərbaycan borc alan ölkədən, borc verən dövlətə çevrilib".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

“Hazırda Azərbaycan məhz qurtuluş nəticəsində ayrı-ayrı ölkələrə investisiyalar qoyur, yollar çəkir, digər layihələrdə iştirak edir, müəssisələr, otellər tikir. Qurtuluşun və büdcənin icrasının nəticəsidir ki, bu gün Qarabağ Universiteti yaranıb.

Laçında, Füzulidə, Zəngilanda qurtuluşun aeroportları tikilir, fəaliyyət göstərir. Bu gün biz o büdcədən vaxtilə "KAMAZ" “şofer”lərinin rəhbərliyi ilə yaradılan ordudan nizami ordu yaratmışıq. Azərbaycanda artıq dünyanın tanıdığı Ordu fəaliyyət göstərir.

Qurtuluş olmasaydı, ayrı-ayrı ölkələrdən bütün qaçqınlarımıza yardımlar xahiş edirdik. Bu gün isə biz qaçqınlarımızın layiqli şəkildə öz dədə-baba yurdlarına qayıtmalarını təmin edirik. Hazırda dünyanın bütün tədbirlərinin Qarabağda keçirilməsini istəyirlər”, - deyə deputat bildirib.

Nicat