“Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və mənəvi irsini yaşadır” - Adəm İsmayıl Bakuvi

“Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas dayaqlarındandır”.
Adalet.az bildirir ki, bunu Vəhdət Partiyasının sədri, siyasi elmlər doktoru Adəm İsmayıl Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda bildirib.
Partiya sədri qeyd edib ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də əsrlərlə formalaşmış milli ruhun və ictimai yaddaşın daşıyıcısıdır: “Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və gələcəyə daşıdığı mənəvi irsini ifadə edir. Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla Azərbaycan Əlifbası və Dili Günü təsis edildi və latın qrafikalı əlifbaya keçidin başa çatması rəsmiləşdi.” pizza mizza
A.İ.Bakuvi vurğulayıb ki, Azərbaycan dilinin dövlət statusunun qorunması və cəmiyyətin bütün sahələrində işlək dilə çevrilməsi dövlətçilik strategiyasının mühüm hissəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, qəbul olunan qanunlar və yaradılan institutlar bir daha sübut edir ki, Azərbaycan dili ölkədə milli ideologiyanın və mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir”.
O, cəmiyyətin hər bir üzvünü ana dilinə sevgi və məsuliyyətlə yanaşmağa çağırıb:
“Bu dil bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizə daşıdığımız kimliyimizdir. Gəlin, dilimizi sevək, onu yaşadaq və gələcək nəsillərə bütöv şəkildə ötürək.”
Qeyd edək ki, Bakıda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Vəhdət Partiyasının təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Azərbaycan dilinin və əlifbasının tarixi köklərinin, milli kimliklə əlaqəsinin və müasir dövrdə qarşılaşdığı çağırışların elmi müstəvidə araşdırılması və bu sahədə cəmiyyətin məlumatlandırılması olub.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, sabiq millət vəkili, Vəhdət Partiyasının qurucularından biri Tahir Kərimli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, İctimai xadim, jurnalist, Ədəbiyyat fondunun rəhbəri Varis Yolçuyev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Tanınmış aktyor, bədii qiraətçi, Xəlil Rza Ulutürk irsinin davamçısı Kamran Yunus, QHT rəhbəri Ələkbərova Aynurə və digər ictimai-siyasi xadimlər, tanınmış alimlər, yazıçılar və jurnalistlər, aktyor və qiraətçilər, QHT təmsilçiləri, o cümlədən hüquq müdafiəçiləri, həmçinin təhsil işçiləri, partiya üzvləri və tələbə-gənclər iştirak ediblər.
Digər Xəbərlər

İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir - XİN rəsmisi

Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşdü

Bakıdan İran XİN rəsmisinin sözlərinə SƏRT CAVAB

Prezident 10 il əvvəlki fərmanını "Qrant haqqında" yeni qanuna uyğunlaşdırıb

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub

Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələlər müzakirə ediblər

İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
