Azərbaycan əhalisinin sayı artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər və ya 0,1 % artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.
İyul ayının əvvəlinə əhalinin 4,6 %-i Naxçıvan Muxtar Respublikasının, 22,9 %-i Bakı şəhərinin, 9,3 %-i Lənkəran-Astara, 8,6 %-i Abşeron-Xızı, 7,3 %-i Qarabağ, 7,1 %-i Mərkəzi Aran, 6,6 %-i Qazax-Tovuz, 6,1 %-i Şəki-Zaqatala, 5,8 %-i Gəncə-Daşkəsən, 5,4 %-i Quba-Xaçmaz,
5,2 %-i Mil-Muğan, 4,9 %-i Şirvan-Salyan, 3,2 %-i Dağlıq Şirvan, 3 %-i Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Digər Xəbərlər
17 Avqust 2026 15:54
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlanıb
17 Avqust 2026 12:15
Onlar ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
17 Avqust 2026 10:45
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
17 Avqust 2026 10:00


Bakı -°C

