Azərbaycan əhalisinin sayı artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 145 081 nəfərə çatıb.
Adalet.az-ın məlumatına görə, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Yanvar – avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.
Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27