adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2024 14:53
369
SİYASƏT

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ölkəsinin yenidən qurulmasından Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.

“Bu gün Zərifə Əliyevanın doğum günündə İrpen şəhəri Azərbaycan Mədəniyyəti Gününü qeyd edir. Ukraynanın yenidən qurulmasında, xəstəxananın, məktəbin və s. bərpasında Azərbaycanın dəstəyinə görə minnətdarıq. Azərbaycan və Ukrayna arasında dostluğun möhkəmlənməsində əməyi olan hər kəsə təşəkkür edirik!”, – səfir bildirib.