Azərbaycan elminə AĞIR İTKİ
Tanınmış kimyaçı alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmov ömrünün 92-ci ilində vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyəti məlumat yayıb.
Qeyd edək ki, Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Alim 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Musa Rüstəmovun əsas fəaliyyət istiqaməti neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində olub. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.
Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb.
Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adlarına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
13 Dekabr 2025 17:34
İtkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 15:58
Şirvanda hamamda yıxılan qadın öldü
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37
Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
11 Dekabr 2025 15:23
İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu
11 Dekabr 2025 14:10


Bakı -°C

