25 Oktyabr 2024 11:22
4415
MÜSAHİBƏ

"Bakıdan Ermənistana göndərilən 67 vaqon ərzaq, 48 çən kerosin, 205 milyon rubl "- MÜSAHİBƏ

Ötən gün - oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRİKS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bundan başqa Ermənistan Baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin “Outreach” / “BRİKS+” formatının ilk plenar iclasında çıxışında deyib ki, Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90 faiz razılaşdırılıb.
Bütün bunlardan sonra erməni ictimaiyyətində Paşinyana qarşı bir nifrət nitqi aktivləşməyə başlayıb. Eyni zamanda ölkəmiz və ölkəmizdə baş tutacaq Bakı- COP29 tədbiri hədəf alınıb.
Maraqlıdır ki, ermənilərin separizminə, terrorçuluğuna qarşı müharibə başladırıq, ermənilərin haray-qışqırığı, vay –şivəni dünyanı başına götürdü. İndi isə müharibə geridə qalıb və hər iki qonşu dövlət sülh yolunda addımlamaq məcburiyyətindədirlər. Amma yenə də ermənilərin hayı- küyü, şivəni, yalan hayqırtıları dünyanı başına götürüb.

.

Biz nə etsək, bu ermənilərə hansı yaxşılığı etsək ermənilər nəhayət yumşalar, sakitləşər, nifrətləri azalar və birgə , müharibəsiz bir həyat yaşayarıq?
Sualım siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevədir və əminəm ki, Zaur müəllimin cavabı erməniləri sakitləşdirməsə də bizim narahatçılığımızı qismən aradan götürəcək.

- Zaur müəllim, Qafqazda dinc yaşamaq ermənilərlə problem yaşamamaq üçün bütün yolları sınaqdan keçirmişik. Sülh mümkün deyil, nifrət bitmək bilmir. Bəlkə sizdə heç kimin ağlına gəlməyən sınaqdan keçirilməsi vacib olan bir “yol” məsləhəti var?

- Əslində "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabımda da, digər kitablarımda ermənilərin xarakterini, məqsəd və məramlarını, genetic olaraq vəhşiliklərini geniş şəkildə təhlil etmişəm və bütün bu haqda yazdıqlarımın məntiqi nəticəsi də odur ki, ermənilər yer üzünə hansı xislətlə gəliblərsə, elə o xislətlə də dünya durduqca var olacaq.

Onları tərbiyələndirmək, qan iyi verən məqsəd və məramlarından çəkindirmək, sülhə gətirmək, mehribançılıq etmək absurd bir şeydir. Sovetlər dönəmində süfrəmizin başında oturublar, ən yüksək kürsülərdə Azərbaycanın idarəçiliyində əsas rol olublar, torpağımızda yaşayıblar, yaradıblar, çörəyimizi kəsiblər , amma sovet ittifaqı azacıq axsayan kimi əllərinə silah alıb çörəyini yediyi ölkənin xalqının qanını tökdülər. Yəni onlardan xoşniyyət bir hərəkət gözləmək boş, mənasız bir işdir.Onlar heç vaxt dəyişməyəcəklər.


- Zaur müəllim bir dəfə sizin sosial şəbəkə hesabınızda Azərbaycan xalqının onları aclıqdan, ölümdən qurtarması ilə bağlı bir məqalənizə rast gəldim... Sonra həmin məqaləni tapıb oxuya bilmədim.Nə söhbətdir, o?

- Azərbaycan Ermənistanı aclıqdan necə xilas etdiyi haqqında olan məqalənimi deyirsiniz?

-Bəli...

-Bilirsiniz , mediada tez-tez yazılır ki, Paşinyan sülh müqaviləsi imzalanması üçün tələsir. Əlbətdə, bu dünyada, bu coğrafiyada bizi özlərinə düşmən ediblər, amma bilirlər ki, biz olmasaq Ermənistan adlı dövlət da olmaz. “Niyə”sini bir tarixi faktla aydınlaşdırım…Deməli, 1920-ci ilin mayında Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yarandı və elə bir aclıq günləri başlandı ki, Ermənistan İnqilab Komitəsi Moskvaya yazaraq kömək istədi. Lakin onlardan kömək gəlmədiyini görərək Tifilsə və Bakıya Ermənistan İnqilab Komitəsinin üzvləri Musaelyan - Sədr və Hərbi Komissar, Avis Nuricanyan - Xarici İşlər üzrə Komissar kömək üçün müraciət edirlər. Gürcüstan “özümüzə ərzaq çatmır” deyə kömək göstərmir.

- Amma Azərbaycan "səxavət əli"ni açır, eləmi?

-Nəriman Nərimanovun sədri olduğu Azərbaycan İnqilab Komitəsi isə dərhal kömək etmək üçün razılıq verir.

- Bax , elə bu fakta görə, Nərimanovu “xəyanətkar” adlandıranlar haqlıdırlar . Axı, bundan 2 il əvvəl Türkiyə ordusu gəlib çıxmasaydı, ermənilər Qafqazdan oğuz türkləri ilə bərabər digər Qafqaz xalqlarının kökünü kəsməyə girişmişdilər? Mart qırğınlarının, soyqırımın müəllifi olan bu topluma kömək olmaq lazım idimi?

- Məhz Nərimanovun razılığı ilə həmin ilin mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda sistem qurulsun. Bir müddət sonra, 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərildi. 200 Azərbaycanlı mühəndis, aqronom və digər mütəxəssislər xalq təsərrüfatının bərpasına kömək etmək üçün Ermənistana getdilər.


(Mənbə: ВОСР и победа Советской власти в Армении: сборник документов. Ереван, 1957. С. 324.)

-Ermənilər yemək yedikləri qabı, çörək kəsdikləri süfrəni dərhal murdarlayırlar. Yadınızdadır, Ermənistana zəlzələdən zərə çəkmiş ermənilərə köməyə gedən təyyarəmizi vurdular, içində də 78 vətəndaşımız yanıb külə döndü.( 1 nəfər sağ qaldı). Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərəndən sonra ermənilər bu çörəyi murdarlamaq üçün hansı böhtanları atdılar, hansı bəd əməllər etdilər?

-Həmişəki kimi, xislətlərinə uyğun bir tərzdə Azərbaycanın insanlıq hərəkətinin əvəzini artıqlaması ilə çıxdılar.Ermənilər bu köməyi ölkədə hakimiyyəti devirmək və Azərbaycanlıların burada sovet hökumətini qurmaq üçün plan qurduqlarını yazırlar. Məsəl üçün, Ş.Əmirxanyan, “Ermənistanda may üsyanı” adlı kitabında yazır: “Bu yardımların məqsədi Daşnak hökumətini devirmək və ölkədə sovet rejimi qurmaq məqsədi ilə Ermənistanın türk-tatar qruplarının və Rusiya və Azərbaycan bolşeviklərinin dəstəyi ilə Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilmişdir” .

- Bəy, xan babalarımızdan zorla alınan var-dövlət, mal-mülk gör kimlərə yedizdirilirmiş... ?Kasıb kəndlilərin sonuncu tikəsi əlindən alınıb haralara göndərilirmiş...

- Belə yardımlar tək Ermənistana edilmirdi ki... 1920-ci ilin may ayında Azərbaycan Krım və Tatarıstanı da aclıqdan xilas etmişdi. 1920-ci ildən Bakıya Tatarıstandan mütəxəssislər və rəhbər işçilər gəlməyə başladı. Yerli hakimiyyət orqanları yeni gələnlər üçün bütün zəruri yaşayış şəraitini yaratdılar. Onlar mənzillə təmin edildi, ailələrinin Azərbaycan SSR-ə köçürülməsi təşkil edildi. Azərbaycan SSR-in neft sənayesində işləmək üçün ölkələrin digər bölgələrindən işçilərin gəlməsi təşkil edildi. O dövrdə aclıq çəkən Moskva, Bryansk, Voronej, Volqa bölgəsi, Odessa, Nikolayev, Xarkov, Vladiqafqaz və Gürcüstandan 20 mindən çox insan Bakıya pənah gətirdi və onlar iş, qalmaq və yeməklə təmin edildilər.
- Zaur müəllim, sizə çox təşəkkür edirəm ki, tariximizin bir çox qaranlıq tərəflərini ziyanızla işıqlandırırsınız, bizə göstərirsiniz, sizin zəhmətinizi gənc nəsil daha yüksək qiymətləndirəcəyinə əminəm! Çox sağ olun!
 

 Söhbətləşdi Əntiqə Rəşid