adalet.az header logo
  • Bakı -°C
01 Oktyabr 2026 22:00
80
İDMAN
A- A+

Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.

 

XXX

21:04

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında qolsuz bərabərlik davam edir - 0:0.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudu

XXX

20:49

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb.

Adalet.az xənər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.

 

XXX

20:00

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyun başlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç saat 20:00-da start götürüb.

Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.