Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib.
Adalet.az xəbər verir ki, Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib və toplantıda quruma üzv ölkələrin parlament nümayəndələri iştirak ediblər.
Sessiya çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib və Assambleya iclasında çıxışlar edilib.
Gürcüstan parlamentinin Hüquq məsələlərikomitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM üzv ölkələri arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir.
Çxeişvilinin sözlərinə görə, dialoqun, bilik və təcrübə mübadiləsinin, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsinin vacibliyi ön planda olmalıdır. O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilərlər.
T.Çxeişvili çıxışında son illərdə GUAM regionunun artan çağırışlarla üzləşdiyini, bunun üzv ölkələrin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün təhdid yaratdığını vurğulayıb. O, regionda sülhün qorunmasının vacibliyini qeyd edərək, Gürcüstanın bu istiqamətdəki prioritetlərini deputatların diqqətinə çatdırıb.
Sessiyanın sonunda Assambleyanın yekun sənədi – Kommunike qəbul edilib. GUAM Parlament Assambleyasının sədrliyi bir il müddətinə Azərbaycandan Gürcüstana keçib.
Digər Xəbərlər
21 Yanvar 2026 14:47
Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu - VİDEO
21 Yanvar 2026 13:47
"İl çox mürəkkəb və problemli məsələlərlə başladı" - Komitə sədri
21 Yanvar 2026 13:45
Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək
21 Yanvar 2026 12:54
"Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm" - İlham Əliyevdən Trampa məktub
21 Yanvar 2026 12:41
Tramp İlham Əliyevə məktub göndərdi
21 Yanvar 2026 11:34
“Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər” - Politoloq
21 Yanvar 2026 11:26
"Cəmiyyətdə səfərbərliklə, çağırışla bağlı müəyyən sullar var" - Komitə sədri
21 Yanvar 2026 11:20


Bakı -°C

